Azərbaycanda hava dəyişəcək: Leysan, dolu... - Proqnoz

Avqustun 11-də Azərbaycanda hava şəraitinin dəyişkən olacağı, bəzi ərazilərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Ölkənin rayonlarında isə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi bildirilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 22-25, gündüz 28-33, rayonlarda gecə 22-26, gündüz 32-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 14-19, gündüz 21-26 dərəcə isti gözlənilir.

Paytaxt və Abşeron yarımadasında nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31