Azərbaycan dilinin saflığı gələcək nəsillərin sağlam mənəvi inkişafı deməkdir- ÖZƏL
11:04 Sosial"Ana dili xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi irsinin əsas sütunlarından biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Neyrobiologiya və koqnitiv neyroelm sahəsində aparılan tədqiqatlar da göstərir ki, insanın ilk dili beynin idrak, yaddaş və təfəkkür sisteminin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan dilinin saflığının qorunması yalnız dil məsələsi deyil, həm də milli kimliyimizin və gələcək nəsillərin sağlam mənəvi inkişafının təmin olunması deməkdir.
Bu baxımdan cəmiyyətimizdə ana dilinə sevgi və məsuliyyət hissinin daha da gücləndirilməsi, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması mühüm əhəmiyyət kəsb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31