Tiktoker Melisa hava limanında saxlanıldı
16:10 SosialSosial şəbəkədə ictimai mənəviyyata zidd ifadələr işlədən daha bir tiktoker barəsində inzibati tədbir görülüb.
Lent.az xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti ad) "TikTok" platformasındakı "melisa_591" hesabında açdığı canlı yayım zamanı nalayiq ifadələr səsləndirib.
Bildirilib ki, onun bu hərəkətləri ictimai mənəviyyata zidd və cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilib.
Tiktoker polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə Melisa Əhmədovaya 600 manat məbləğində inzibati cərimə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31