“Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var- ÖZƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Nazirlikdən "Olaaylar"a bildirilib ki, qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31