Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış

"Azəristiliktəchizat" ASC 2026-2027-ci il istilik mövsümünə hazırlıqla bağlı sakinlərə müraciət edib.

Qurum tərəfindən istilik mövsümünə hazırlıq çərçivəsində istilik təchizatı sisteminə mütəmadi olaraq sınaq suyu verilir və sistemin texniki vəziyyəti yoxlanılır.

ASC-dən bildirilib ki, bu səbəbdən istehlakçılar mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və dəyişiklik işlərini qısa müddətdə başa çatdırmalıdırlar.

Sakinlərdən radiatorların, boru xətlərinin və digər istilik avadanlıqlarının tam hazır vəziyyətə gətirilməsi xahiş olunub.

Qurumun məlumatına görə, hazırlıq işlərinin vaxtında tamamlanması istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinə, eləcə də mümkün qəza hallarının qarşısının alınmasına imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31