İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
10:39 SosialSon günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir.
Globalinfo.az xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir.
Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır.
Bundan başqa, avqustun ikinci yarısından etibarən regiona soyuq hava kütlələrinin daxil olacağı ehtimal edilir. Rusiya meteoproqnoz mərkəzinin sinoptiklərinin yaydığı məlumata görə, paytaxt Moskvada dolu, yağış yağacaq, intensiv külək əsəcək.
Gürcüstanın dağlıq rayonlarında da leysan, şimşək, dolu və güclü külək müşahidə olunacaq.
Azərbaycanın şimal rayonlarında isə gələn həftə yağış yağacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31