Sənaye və Texnologiya Kolleci tələbələr üçün məqsədli təqaüdlər təsis edib- ÖZƏL
11:08 SosialAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci yüksək nəticə göstərən tələbələrin dəstəklənməsi məqsədilə yeni məqsədli təqaüdlər təsis edib. STK-dan "Olaylar"a bildirilib ki, sözügedən təqaüdlər aşağıdakılardan ibarətdir:
"Heydər Əliyev Təqaüdü" - təhsil müddətində ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) malik tələbəyə aylıq 200 manat məbləğində məqsədli təqaüd;
DİM qəbul imtahanında Kollecə qəbul olunanlar arasında ən yüksək bal toplayan tələbəyə aylıq 150 manat məbləğində məqsədlii təqaüd;
"Lütfi Zadə Təqaüdü" - kompüter yönümlü ixtisas üzrə təhsil alan və ən yüksək ÜOMG-yə malik tələbəyə aylıq 150 manat məbləğində məqsədli təqaüd.
Məlumatda qeyd olunur ki, tələbələrin bilik və əzmi Sənaye və Texnologiya Kollecində qiymətləndirilir, uğurları isə mükafatlandırılır. Bu səbəbdən tələbələrə tövsiyə olunur ki, gələcəyinizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ilə qurun, yüksək nəticələrinizlə fərqlənin və məqsədli təqaüdlərə layiq olun!