69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi

ABŞ-da 69 yaşlı təqaüdçü gündəlik alış-veriş üçün qeyri-adi üsula əl atıb.Milli.Az xəbər verir ki, Viskonsin ştatında yaşayan kişi mağazaya getmək üçün şəxsi yüngül helikopterindən istifadə edib.Məlumata görə, o, Rozendeyl kəndindəki evindən havaya qalxaraq birbaşa mağazanın qarşısındakı əraziyə enib.Hadisə ilə bağlı polisə açıqlama verən təqaüdçü bildirib ki, məsafə uzaq olduğuna görə vaxt itirməmək üçün helikopterlə getməyə qərar verib.Kişinin uçuş üçün müvafiq lisenziyaya sahib olduğu müəyyən edildiyindən, hüquq-mühafizə orqanları bu hərəkətdə hər hansı qanun pozuntusu aşkarlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31