Dünyada məhkəmə sistemində yeni dövr başlayır- ÖZƏL

"Əbu-Dabi (BƏƏ) Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından etibarən tam inteqrasiya olunmuş süni intellekt məhkəmə platformasını istifadəyə verməyi planlaşdırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "18 aylıq sınaq mərhələsində süni intellekt məhkəmə işlərini təhlil edəcək, sənədləri araşdıracaq, hüquqi tədqiqatlar aparacaq, oxşar məhkəmə qərarlarını (presedentləri) analiz edəcək.

Vacib məqam ondan ibarətdir ki, yekun qərarı yenə də hakim verəcək. Süni intellekt isə qərarın hazırlanması üçün hüquqi əsasları, analitik məlumatları və tövsiyələri təqdim edəcək.

Bu təşəbbüsün əsas məqsədi məhkəmə proseslərini sürətləndirmək, oxşar işlər üzrə daha ardıcıl yanaşmanı təmin etmək və hakimlərin iş yükünü azaltmaqdır.Əgər layihə uğur qazanarsa, bu, yalnız məhkəmə sistemində deyil, dövlət idarəçiliyində də süni intellektin tətbiqi baxımından yeni bir mərhələnin başlanğıcı ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31