Deputat selin fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub- ÖZƏL

Milli Məclisiin deputatı Asif Əsgərov Zaqatala rayonunda  sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Rayonumuzun dağ kəndlərindən biri olan Cimcimax kəndində olduq, sakinlərlə görüşərək onların problemlərini və müraciətlərini dinlədik. Kənddə sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə də yerində tanış olduq.
Hazırda kənddə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür. Dövlət Su Agentliyinin rayon şöbəsinə məxsus texnikalar Cimcimax kəndində işlərini davam etdirir, Azərenerjinin əməkdaşları sel nəticəsində dəymiş ziyanın aradan qaldırılması və elektrik təsərrüfatının bərpası ilə bağlı müvafiq işlər aparırlar.

Görüş zamanı kənd sakinlərinin əsas müraciətləri yol problemləri, elektrik enerjisi ilə bağlı məsələlər və digər infrastruktur çatışmazlıqları ilə əlaqədar oldu. Sakinləri narahat edən məsələləri diqqətlə dinlədik, bəzi məsələlər yerində həllini tapdı.Səlahiyyətimiz çərçivəsində olmayan məsələlər isə müvafiq qurumlara yönləndirilərək nəzarətə götürüldü. 

Vətəndaşlarımızın problemlərini yerində dinləmək, onların gündəlik həyatında qarşılaşdıqları çətinlikləri öyrənmək və həlli istiqamətində aidiyyəti qurumlarla birgə çalışmaq fəaliyyətimizin əsas istiqamətlərindəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31