Beyləqan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb- ÖZƏL

Beyləqan 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Beyləqan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Füzuli, Beyləqan, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Ağcabədi rayonu üzrə vətəndaşlar 31 iyul 2026-cı ildən etibarən Beyləqan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
 Beyləqan 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Teymurova Günay Valeh qızı
 Ünvan: Beyləqan şəhəri, S. İmrəliyev küçəsi 60
 Telefon: +994 (55) 221 03 27

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31