Azərbaycan vətəndaşlarının neçə faizi otellərdə gecələyib- ÖZƏL

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizini təşkil edib. "Olaylar"ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz azalaraq 279,0 milyon manat olub ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31