Süni intellekt şirkətləri ABŞ-da lobbiçilik xərclərini rekord səviyyəyə çatdırıb- ÖZƏL

ABŞ-ın aparıcı süni intellekt şirkətləri qaydaların yumşaldılması və qanunvericiliyə təsir göstərmək məqsədilə Vaşinqtonda lobbiçilik xərclərini rekord həddə yüksəldib.
Olaylar.az xəbər verir ki, Financial Times yazır ki, 2026-cı ilin ilk yarısında OpenAI lobbiçilik xərclərini 2,22 milyon dollara, Anthropic isə 3,53 milyon dollara çatdırıb. Şirkətlər əsasən süni intellekt modellərinin tənzimlənməsi, məlumat mərkəzləri, enerji siyasəti və model parametrlərinin açıqlanması ilə bağlı qaydalara təsir göstərməyə çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31