Səməd Vurğunun 120 illiyinə həsr olunan yeni kitab işıq üzü görüb
10:51 SosialAzərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, publisist və politoloq Reyhan Mirzəzadənin Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr etdiyi "Böyük amallar və arzular şairi" adlı kitab çapdan çıxıb.
Olaylar.az xəbər verir ki, nəşrdə Səməd Vurğunun həyat və yaradıcılığı, eləcə də onun ömür yoluna dair indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar yer alıb.
Kitabda şairin dünya ədəbiyyatı və mədəniyyətindəki yeri, vətəndaş mövqeyi, bəşəri dəyərlərə bağlılığı geniş təhlil edilir. Eyni zamanda, İkinci Dünya müharibəsi illərində Vurğun poeziyasının faşizmə qarşı mübarizədə mənəvi təsiri, onun ictimai fəaliyyəti, dostluq əlaqələri və müxtəlif xalqların tanınmış nümayəndələrinin arxiv materiallarında əks olunan xatirələri də nəşrdə öz əksini tapıb.