Hüseyn Qurbanov Daxili İşlər nazirinə müraciət etdi

Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 140/148-də yaşayan Qurbanov Hüseyn Elxan oğlu  AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ   VİLAYƏT  EYVAZOVA müraciət  edib.  Müraciətdə  deyilir:

Hörmətli  Cənab  Nazir!

Təxminən iki ay bundan əvvəl mobil telefonumda olan E-polis tətbiqindən mənə məlum oldu ki,  guya mən "Ford Cargo" markalı, 99JS817 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən yol-hərəkəti qaydalarını pozduğuma görə aşağıdakı ardıcıllıqla 16 halda inzibati xəta barədə protokollar tərtib olunaraq cərimələr tətbiq olunmuşdur:

1. 09.09.2025-ci il tarixli EQ 31852063 saylı protokol - 50 manat

2. 17.06.2025-ci il tarixli EQ 31852118 saylı protokol - 10 manat

3. 06.07.2025-ci il tarixli EQ 31852119 saylı protokol - 50 manat

4. 27.07.2025-ci il tarixli EQ 31852120 saylı protokol - 50 manat

5. 13.08.2025-ci il tarixli EQ 31852121 saylı protokol - 50 manat

6. 18.09.2025-ci il tarixli EQ 31852125 saylı protokol - 50 manat

7. 20.09.2025-ci il tarixli EQ 31852124 saylı protokol - 50 manat

8. 23.09.2025-ci il tarixli  EQ 31852129 saylı protokol - 10 manat

9. 23.09.2025-ci il tarixli  EQ 31852122 saylı protokol - 10 manat

10. 16.10.2025-ci il tarixli EQ 31852127 saylı protokol - 50 manat

11. 16.10.2025-ci il tarixli EQ 31852126 saylı protokol - 50 manat

12. 06.11.2025-ci il tarixli EQ 31852123 saylı protokol - 50 manat

13. 07.11.2025-ci il tarixli EQ 31852128 saylı protokol - 50 manat

14. 28.11.2025-ci il tarixli EQ 34861298 saylı protokol - 50 manat

15. 05.12.2025-ci il tarixli EQ 34861300 saylı protokol - 50 manat

16. 19.12.2025-ci il tarixli EQ 34861299 saylı protokol - 50 manat

Ümumilikdə 16 halda 680 manat məbləğində cərimə olunmuşam.

Daha bir məqam da diqqəti cəlb edir ki, protokollarla bağlı qərarların 3-ü 23.03.2026-cı il tarixdə, qalanları isə 08.11.2025-ci il tarixdə verilmişdir.

Ən önəmli məsələ isə ondan ibarətdir ki, mən heç vaxt heç bir avtomobil, o cümlədən də "Ford Cargo" markalı, 99JS817 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməmişəm.

Aşkar görünən odur ki, hansısa DYP əməkdaşı vəzifə saxtakarlığı törədərək başqa bir şəxsin törətdiyi inzibati xətaları mənim adıma rəsmiləşdirmişdir.

Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlərim heç bir nəticə verməmişdir.

Şərh olunanlara əsasən, xahiş edirəm ki, DYP tərəfindən barəmdə verilmiş  inzibati tənbeh vermə haqqında  qərarların ləğv edilməsi üçün müvafiq göstəriş verəsiniz.

Hörmətlə,

Hüseyn Qurbanov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31