Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxs saxlanılıb
14:10 Sosialİlkin araşdırma zamanı onun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara və sahibkarlıq subyektlərinə bir daha müraciət edərək identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməməyi tövsiyə edib.
Qeyd olunub ki, giriş məlumatları, təsdiq kodları və elektron imza məlumatları heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Şübhəli sorğular, keçidlər və ya hesablarla bağlı naməlum əməliyyatlar müşahidə olunduqda dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat verilməlidir.
Nazirlik xatırladıb ki, təsdiq edilən hər bir elektron sorğu hesablar üzrə maliyyə əməliyyatlarının həyata keçirilməsinə şərait yarada bilər.