Blogerin azadlıqdan məhrumetmə cəzası qalır- ÖZƏL

"Blogerə münasibətdə təyin olunan azadlıqdan məhrumetmə cəzası qalır. O apellyasiya şikayəti verib. Ona münasibətdə qətimkan tədbiri dəyişdirilib". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib: "Yəni həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Bu o deməkdir ki, əgər apellyasiya instansiyası azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlasa və ya azaldaraq qüvvədə saxlasa o təyin olunan cəzanı çəkəcək. Bu da ola bilər ki, ona təyin olunan cəza şərti cəza ilə əvəzlənsin. Sosial şəbəkə və mediada səhv yanaşmalar var".

Xatırladaq ki, Apelyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) həbs  qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. 
Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq. Qeyd edək ki, Arzum bugünkü iclasda məhkəmə zalından azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31