Azərbaycan milli mətbuatı hər zaman dövlətçilik maraqlarını qoruyub- ÖZƏL

"Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü xalqımızın maarifçilik tarixinin, milli düşüncənin və dövlətçilik ənənələrinin inkişaf yoluna nəzər salmaq üçün əlamətdar bir gündür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuat ötən dövrdə cəmiyyətin inkişafında, ictimai fikrin formalaşmasında, milli dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: 

"Azərbaycan milli mətbuatı hər zaman xalqın yanında olub, dövlətçilik maraqlarını qoruyub və cəmiyyətin inkişafına xidmət edib. "Əkinçi"dən başlanan bu müqəddəs yol bu gün də eyni missiyanı davam etdirir. Milli mətbuat bundan sonra da peşəkarlıq, obyektivlik, milli məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verməyə davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31