Hesablama Palatası 14 milyon manatlıq pozuntu ilə bağlı materialları hüquq-mühafizə orqanlarına göndərib - Vüqar Gülməmmədov
10:31 SosialHesablama Palatası 2026-cı ilin ilk yarısında müəyyən edilmiş təxminən 14 milyon manatlıq maliyyə pozuntusu ilə bağlı materialları hüquq-mühafizə orqanlarına təqdim edib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində bildirib.
O qeyd edib ki, başa çatmış nəzarət tədbirləri zamanı ümumilikdə 160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb.
"Aşkarlanan məbləğin 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası barədə qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə orqanlarına materiallar təqdim etmişik", - deyə V.Gülməmmədov bildirib.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə yayımlanacaq.