Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub- ÖZƏL
10:13 Sosial"Milli mətbuat cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Gənclərin media savadlılığının artırılması və etibarlı informasiya mədəniyyətinin formalaşdırılması bu günün əsas istiqamətlərindəndir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu media siyasəti nəticəsində Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin peşəkar jurnalistikaya marağının artırılması, milli maraqların müdafiəsində fəal iştirak etməsi və media sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıram".