Azərbaycanda iş vaxtı ilə bağlı yenilik olacaq
20 İyul 14:47 SosialAzərbaycanda beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı modelinin yaradılması istiqamətində yeni addım atılır.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.
Plana əsasən, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativlər hazırlanmalıdır.
Əsas icraçı orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyi təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31