11 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib- ÖZƏL

Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib. "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib: "Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA -ya sənəd təqdim edən 16 sahibkarlıq subyektinin müraciətinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirməsi əsasında 11 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə edilib. Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.

Məlumat üçün bildirim ki, indiyədək 309 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Şəhadətnamə alanlarla Startap Azərbaycan ( startup.az ) portalında tanış olmaq olar. Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31