Xüsusi icra məmurlarının fəaliyyəti reallaşır- ÖZƏL

Azərbaycanda xüsusi icra məmurlarının fəaliyyəti üçün real addımlar atılır. "Olaylar" xəbər verir ki, xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzarət edəcək. Bununla bağlı Nazirlər Kabineti sözügedən nəzarətin  həyata keçirilməsi qaydasını təsdiq edib. 

Artıq xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ilk test imtahanı keçirilib. İmtahanda 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar. "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31