Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
20 İyul 12:07 Sosial
Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib.
Mükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.
2026-cı il üzrə Həsən bəy Zərdabi Mükafatının laureatları
Alqış Həsənoğlu - peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;
Anar Niftəliyev - peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;
Anar Tağıyev - vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;
Elçin Zahiroğlu - səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;
Əkbər Qoşalı - Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;
Günel Habilqızı - "GünEllə səyahət" və "Orda bir kənd var" layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;
Hüseynbala Səlimov - analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;
Xanım Xatun - regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;
İlham Tumas - araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;
İqbal Məmmədəliyev - regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;
Murat Akkoç - Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;
Mübariz Yunus - "Füyuzat" dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;
Nicat Abdullayev - media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;
Oktay Hacımusalı - analitik publisistikanın və Türk dünyası mediası arasında işbirliyinin inkişafına verdiyi töhfələrə görə;
Zərnişan Turan - "Turan" proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.
Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimi 22 iyul - Milli Mətbuat Günü keçiriləcək.
AJB Mətbuat xidməti