İstedadlı gəncləri üzə çıxarmaq dövlətimizin yürütdüyü ədalətli siyasətin göstəricisidir - ÖZƏL
20 İyul 11:22 Sosialİstedadlı gəncləri üzə çıxarmaq dövlətimizin yürütdüyü ədalətli siyasətin göstəricisidir-Özəl
"Xalqımız istedadlıdır, bacarıqlıdır. Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi neft kapitalını insan kapitalına çevirmək siyasətinin həyata keçirilməsində Yüksəliş müsabiqəsi uğurlu layihədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: " Bakı Ekspo Mərkəzində 6-cı Yüksəliş müsabiqəsinin 159 nəfər finalçısına tariximizə dair iki saatdan çox sual-cavab formasında davam edən mühazirə oxudum. Bir salonda bu qədər istedadlı gəncin qarşısında çıxış etməkdən və suallarını cavablandırmaqdan zövq aldım.
İstedadlı və bacarıqlı gəncləri üzə çıxarmaq, kadr bankı yaratmaq dövlətimizin yürütdüyü ədalətli siyasətin daha bir göstəricisidir. Müsabiqə yüksək səviyyədə təşkil edilib. Hər bir iştirakçıya uğrular arzulayır, təşkilatçılara isə təşəkkür edirəm".