8 şəhər, 106 qəsəbə və kənd üzrə baş plan təsdiqlənib- ÖZƏL

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 12 şəhərdən 8-i, eləcə də 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib. Beş ildən bir qədər artıq müddətdə isə 90 minə yaxın insan doğma torpaqlarına qayıdaraq burada yaşayır, çalışır və təhsil alır. "Olaylar"ın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramı Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsinin uğurlu nümunəsidir. Qeyd olunub ki, ərazilərdə dayanıqlı inkişaf prinsipləri kompleks ərazi planlaşdırması əsasında hazırlanmış baş planlar vasitəsilə tətbiq olunur. Baş planlar müasir, təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin formalaşdırılmasını, mənzil, nəqliyyat, mühəndis və sosial infrastrukturun planlı inkişafını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31