Əməkdar jurnalist Nuraninin vəziyyəti ağırdır - Komaya düşdü
17:36 SosialƏməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) səhhəti ilə bağlı ağır xəbər yayılıb.
Məlumata görə, jurnalist hazırda koma vəziyyətindədir və həkimlərin nəzarəti altında müalicə alır. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Məsələ ilə bağlı məlumatı Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında paylaşıb. O, Tofiqəxanım Qasımovanın həyatının ən çətin mübarizəsini apardığını qeyd edib.
Bildirilib ki, Nurani uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə ətrafındakı insanların əksəriyyətinə məlumat verməyib.
Səhhəti qəfil ağırlaşdıqdan sonra xəstəxanaya yerləşdirilən jurnalistin müalicəsi hazırda həkim nəzarəti altında davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31