Xüsusi icra məmurları üçün tədris proqramı təsdiq edilib- ÖZƏL
15:31 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şuranın geniş iclası keçirilib. Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, iclasda Akademiya tərəfindən 2026-cı ilin I yarımilində görülən işlər, qarşıda duran vəzifələr, həmçinin Elmi Şuranın gündəliyinə daxil olan təşkilati, kadr və digər məsələlər müzakirə edilib.
Akademiyanın rektoru Rövşən İsmayılov iclası açaraq gündəlikdə yer alan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra 2026-cı ilin I yarımilinə dair hesabat məruzəsi təqdim olunub. İclas iştirakçılarına tədris prosesinin təşkili, elmi-tədqiqat fəaliyyəti, insan resurslarının idarə olunması, həmçinin Akademiyanın fəaliyyətinin digər istiqamətləri üzrə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Xüsusi icra məmurlarının hazırlanması ilə bağlı tədris proqramı iclas zamanı Elmi Şura tərəfindən təsdiq edilib.