Deputat Horadizdə seçiciləri qəbul etdi- ÖZƏL

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayon Horadiz şəhərində növbəti qəbul keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı 20-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.

Həmyerlilərimizin müraciətləri məşğulluq, mənzil təminatı, əlillik dərəcəsinin alınması, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.

Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi  Eltun Agakishiyev (0502268002)  ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31