“Hər məsciddə kitabxana” layihəsi Naxçıvan Muxtar Respublikasında davam etdirilib
12:51 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun "Hər məsciddə kitabxana" layihəsi davam etdirilir. Fonddan "Olaylar"a bildirilib ki, növbəti mərhələ Naxçıvan Muxtar Respublikasını əhatə edib. Belə ki, Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında, eləcə də Naxçıvan şəhərində yerləşən bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.
2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi məscidlərdə mütaliə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviq edilməsi, habelə dini ibadət məkanlarının maarifləndirici və ictimai funksiyasının daha da gücləndirilməsidir. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb. Ölkənin müxtəlif bölgələrində yerləşən məscidlərin kitabxanalarla təmin olunması mərhələli şəkildə davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında layihə aşağıdakı məscidləri əhatə edib:
Sədərək rayon məscidi;
Sədərək rayonu, Dəmirçi kənd məscidi;
Şərur rayon məscidi;
Şərur rayonu, Aralıq kənd məscidi;
Kəngərli rayon məscidi;
Babək rayon məscidi;
Babək rayonu, Nehrəm qəsəbə məscidi;
Babək rayonu, Cəhri qəsəbəsi "Heydərxanlı" məscidi;
Şahbuz rayon məscidi;
Naxçıvan şəhəri, "Heydər" məscidi;
Naxçıvan şəhəri, "Came" məscidi;
Naxçıvan şəhəri, "Pirqəmiş" məscidi;
Naxçıvan şəhəri, "Kazım Qarabəkir" məscidi;
Naxçıvan şəhəri, "Sarvanlar" məscidi;
Naxçıvan şəhəri, "Tumbul" məscidi;
Culfa rayon məscidi;
Culfa rayonu, Bənəniyar kənd məscidi;
Culfa rayonu, Əbrəqunus kənd məscidi;
Ordubad rayonu, Anaqut kəndi "Allahşükür" məscidi;
Ordubad rayonu, "Cümə" məscidi.