Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz

Azərbaycanda sabah havanın temperaturunun bəzi ərazilərdə 40 dərəcəyə yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal edilir.

Paytaxtda və yarımadada havanın temperaturu gecə saatlarında 21-26 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 50-60 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi ərazilərdə yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.

Havanın temperaturu rayonlarda gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə, bəzi yerlərdə isə 40 dərəcəyə qədər isti olacaq. Dağlıq ərazilərdə gecə 14-18 dərəcə, gündüz isə 24-29 dərəcə isti gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31