Şuşa Qlobal Media Forumu çərçivəsində Süni İntellekt və KİV-də yeni formatlar barədə panel müzakirəsi keçirilir

IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Media üfüqü: süni intellekt, vizual hekayəçilik və yeni nəslin təcrübəsi" mövzusunda panel sessiyası keçirilir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, panel müzakirəsində süni intellektin müasir jurnalistikaya təsiri, vizual məzmunun hazırlanmasının yeni formatları, eləcə də media sənayesinin inkişafında qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi məsələləri müzakirə olunur.

Panel iştirakçıları həmçinin süni intellektin redaksiya proseslərinə inteqrasiyası, media istehlakının transformasiyası, interaktiv hekayəçiliyin inkişafı və yeni nəsil media məhsullarının formalaşdırılması perspektivlərini nəzərdən keçirirlər.

Xəbər yenilənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31