Ağıllı su sistemlərinin tətbiqində beynəlxalq təcrübə Saatlıda müzakirə olunacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" adlı layihənin icrası davam edir. Layihə çərçivəsində 17 iyul 2026-cı il tarixində Saatlı rayonunun Qaranuru kəndində "Ağıllı su sistemlərinin tətbiqi: beynəlxalq təcrübə"  adlı ictimai müzakirə keçiriləcək. 
İctimai müzakirədə "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev,  fermerlər, ictimai fəallar və könüllü təibətsevərlər iştirak edəcək.
"Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihə və su sektorunda innovativ həllər: qabaqcıl beynəlxalq təcrübə haqqında məlumat verəcək.
Bioloq Murad Musayev "Kənd təsərrüfatında ağıllı suvarma texnologiyaları" mövzusunda məruzə  ilə çıxış edəcək.         
O, ağıllı suvarma sistemlərinin kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadəyə verdiyi töhfələrdən bəhs edəcək. Bioloq müxtəlif ölkələrdə ağıllı su idarəetmə texnologiyalarının tətbiqi sahəsində əldə olunan uğurlu təcrübələr barədə məlumat verəcək. M.Musayev həmçinin beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi imkanlarından, bu sahədə innovativ yanaşmaların əhəmiyyətindən və fermerlərin müasir texnologiyalardan istifadəsinin vacibliyindən bəhs edəcək.
Sonda fermerləri maraqlandıran suallara cavab veriləcək, onların təklifləri dinləniləcək.
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31