QHT su qıtlığı ilə bağlı maarifləndirmə kampaniyasına başladı
14 İyun 14:00 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" adlı layihənin icrası davam edir. "Yaşıl Dünya" EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli olaylar.az-a bildirib ki, İcra Planında nəzərdə tutulan fəaliyyətlər icra olunmağa başlanılıb. Beləki iyunun 16-dan 30-a qədər Bakı şəhərində ekoloq və bioloq alimlərin iştirakı ilə video-müsahibələr təşkil ediləcək. Onun sözlərinə görə, ilk olaraq "Pozan" internet televiziyasında coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmraninin iştirakı ilə "Su ehtiyatlarının azalmasına qarşı adaptasiya tədbirləri" adlı video-müsahibə hazırlanacaq. Daha sonra arqar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyevin iştirakı ilə "Suvarmada yeni dövr: su kanallarının yenilənməsi günün tələbidir" mövzusu müzakirə ediləcək.
"Su qıtlığı qapıda: ərzaq təhlükəsizliyi necə təmin ediləcək-qlobal iqlim fəsadları, quraqlıq və şoranlaşma" mövzusunda müzakirədə isə verilişin qonağı ətraf mühit üzrə tədqiqatçı Samir Əsədli olacaq. Nəyahət, BDU Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Qismət Yunusoğlunun iştirakı ilə "Müasir dövrün səmərəli su idarəçiliyi" adlı video-müsahibə hazırlanacaq.
Qeyd edək ki, video-müsahibələrin moderatoru Elman Cəfərli olacaq.
Olaylar.az