Bu günə və gələcəyə boylanan qürurlu tarixi məqamlar- ÖZƏL

"26 iyun Silahlı Qvvələr günü münasibətilə xidmətdə fərqlənən bir çox qəhrəman hərbçilərimiz ölümündən sonra  Azərbaycan Prezidentinin sərəncamı ilə "Vətənə Ximətə Görə" ordeni ilə təltif olunub. Təltif olunanların sırasında 44 günlük  Vətən müharibəsinin şəhidi Natiq Məmmədbəylinin də adı var. Xəzər rayonu Şağan  qəsəbəsində doğulub boya-başa çatan və müharibədə tarix yazan  Natiq Məmmədbəylinin valideynləri ilə  söhbət etdim.  Heç zaman unudulmayacaq övlad itkisini, acısını yaşamaq çətin olsa da,  şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi öncə valideynləri üçün böyük təsəllidir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib:

"Digər tərəfdən qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür.  Hər zaman düşünmüşəm ki, II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancıdır. Belə qazanc heç bir məkrli qüvvə tərəfindən  israf olunmadan millətin, dövlətin strateji hədəflərinə yönəlməlidir. Müasir gəncliyə örnək ola biləcək şəhidlərimizlə bağlı o müqəddəs missiya hər zaman davam etməlidir. 

Digər bir sevindirici xəbər eşitdim ki, Natiq Məmmədbəylinin də adına küçə veriləcək. Bu məlumatı mənə şəhidimizin valideynləri çatdırdılar. İndi Azərbaycanda bir çox dəyərli, qəhrəman insanların  adını daşıyan xeyli küçələr var. Bu küçələr həm də bizim ömür yolumuzdur. Gələcək nəsillərin ömür yoludur-Şağandakı Natiq Məmmədbəyli küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik. Belə yollar, belə küçələr zəngin xatirələri, qürurlu keçmişi özündə yaşadacaq tarixdir. Bu tarix həm  bu günə, həm də gələcəyə boylanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31