Ədliyyə Akademiyasında maarifləndirici təlim keçirilib- ÖZƏL
12:08 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasında maarifləndirici təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Ədliyyə Nazirliyi və onun strukturuna daxil olan qurumların əməkdaşlarının iştirakı ilə keçirilən təlim "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələbləri, onun tətbiqi xüsusiyyətləri və kargüzarlıq işinin düzgün təşkili məsələlərinə həsr olunub.
40 nəfər əməkdaşın iştirak etdiyi təlimdə Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin əməkdaşı Şəfa Səmədovanın təqdimatı dinlənilib.
Təlim zamanı sənədlərlə işin təşkili, sənədlərin hazırlanması, qeydiyyata alınması, aidiyyəti üzrə yönləndirilməsi, icrasına nəzarətin həyata keçirilməsi, saxlanılması və arxivləşdirilməsi, həmçinin vətəndaş müraciətləri ilə bağlı işin xüsusiyyətləri barədə ətraflı məlumat verilib, kargüzarlıq sahəsində mövcud tələblər, praktiki fəaliyyət zamanı diqqət yetirilməli məqamlar, sənəd dövriyyəsinin düzgün qurulmasının əhəmiyyəti və bu istiqamətdə əməkdaşların qarşısında duran vəzifələr izah edilib.