Seçicilərın hansı problemi həllini tapıb?- ÖZƏL
11:05 SosialMillət vəkili Vüqar Bayramov növbəti vətəndaş qəbulu keçirib. Bu barədə "Olaylar"a məlumat verən millət vəkilinin sözlərinə görə, növbəti görüş Füzuli şəhərində baş tutub: "Görüş zamanı 10- dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri işə bərpa olunma, məşğulluq, mənzil təminatı, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq aylıq görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31