Yardımlıda qədim yaşayış yeri aşkarlanıb- ÖZƏL

Yardımlı rayonunun Urakərən (köhnə adı: Urağaran) kəndi ərazisində aparılan arxeoloji qazıntılar nadir tapıntıları üzə çıxarıb. Belə ki, bölgədə min illərlə tarixi olan qədim yaşayış yeri aşkarlanıb. "Olaylar"ın məlumatına görə, rayonun dəyərli ziyalılarından biri, illər uzunu arxeoloji qazıntılarda yaxından iştirak edən və tariximizin nadir incilərinin aşkarlanmasında könüllü xidmətlər göstərən Mirhümbət müəllim Səmədov bildirib ki, təxminən iki min iki yüz yaşı olan bu yaşayış yerində 2024 - cü ildən Arxeologiya və antopologiya institunun əməkdaşı Ceyhun Eminliinin rəhbərliyi və Amerika arxeoloqları ilə birgə iş gedir: "Amma təəssüf doğuran budur ki, Azərbaycan tarixinin belə unikal nümunələri aşkara çıxarıldıqdan sonra yenidən torpağa gömüləcək. Bu isə rayon ictimaiyyətini narahat edir. Onlar aşkarlanmış yaşayış məskəninin qorunub-saxlanması üçün əlaqədar təşkilatlara müraciətlər edirlər.
Çox şadam ki, məndə bu işdə iştirak edirəm. Bu tapıntı rayonumuzun turizim inkişafına çox kömək edə bilər. Əlbəttə, istərdik bu qazıntı açıq muzey kimi qorunub saxlanılsın. Rayon ictimaiyyəti və ziyalıları adından Azərbaycan Respuplikası Mədəniyyət Nazirliyinə müraciət edib, bu abidənin qorunması və açıq muzey halına gətirilməsi üçün vəsait ayrılmasını xahiş edirik. Əks halda, bu qədər görülmüş iş yenidən 13 iyul tarixinə qədər torpaqla örtüləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31