Regionlarda turizm sektorunun inkişafı iqtisadi artıma təkan verə bilər- ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları" ölkənin bütün bölgələrində genişmiqyaslı inkişaf prosesinə təkan verib". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Dövlət proqramlarının icrası nəticəsində regionlarda müasir infrastruktur yaradılıb, yeni iş yerləri açılıb, əhalinin rifah halı yüksəlib və iqtisadi potensial əhəmiyyətli dərəcədə güclənib. Dövlət proqramlarının prioritet istiqamətlərindən biri də regionların turizm potensialının səmərəli şəkildə qiymətləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması və turizm sektorunun dayanıqlı inkişafının təmin edilməsidir. Gənclərin dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə regional turizmin inkişafında fəal iştirakı vacibdir. Məhz onları mövcud imkanlardan səmərəli istifadə etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31