Azərbaycanda regional turizmin inkişafı üçün geniş imkanlar var- ÖZƏL
14:35 Sosial"Ölkəmizin zəngin təbii, tarixi və mədəni irsi regional turizmin inkişafı üçün geniş imkanlar yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib: "Son illər regionlarda müasir turizm infrastrukturunun qurulması, yeni turizm marşrutlarının yaradılması, ekoturizm, kənd turizmi və digər alternativ turizm növlərinin inkişafı istiqamətində mühüm işlər görülüb.
Regional turizmin inkişafı iqtisadi artıma, məşğulluğun yüksəlməsinə, kiçik və orta sahibkarlığın genişlənməsinə, eləcə də regionların sosial rifahının yaxşılaşmasına mühüm töhfə verir. Bu işdə gənclərin də turizm sektorunda fəallıq göstərməsinə, innovativ təşəbbüslərlə çıxış etməsinə və dövlətin təqdim etdiyi dəstək mexanizmlərindən faydalanmalarına ehtiyac var".