Uşaqların təhlükəsizliyi hər birimizin ortaq məsuliyyətidir- ÖZƏL

"Liftdə azyaşlı uşağa qarşı törədilmiş fiziki zorakılıq cəmiyyətimizdə haqlı narahatlıq doğurur və qətiyyətlə pislənilməlidir. Hər bir uşaq təhlükəsiz mühitdə yaşamaq və zorakılıqdan qorunmaq hüququna malikdir". "Olaylar" xəbər verir ki, bunu " Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib: "Hadisəni törədən şəxsin saxlanılması və sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsi hüquqi məsuliyyətlə yanaşı, zəruri tibbi qiymətləndirmənin də vacibliyini göstərir.

Bu hadisə bir daha göstərir ki, uşaqların müdafiəsi yalnız baş vermiş hadisələrə operativ reaksiya ilə deyil, həm də erkən profilaktika, psixoloji xidmətlərin gücləndirilməsi, risklərin vaxtında müəyyən edilməsi və aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıqla daha da möhkəmlənir. Bu baxımdan psixoloji xidmət sahəsində aparılan islahatların və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin davam etdirilməsi cəmiyyətimizin təhlükəsizliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Unutmayaq ki, uşaqların təhlükəsizliyi hər birimizin ortaq məsuliyyətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31