Azərbaycan və Özbəkistan arasında dini sahədə əlaqələr genişlənir - ÖZƏL

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 7-də Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb. Komitədən "Olaylar"a bildirilib ki, görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tarixi-mədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31