Hindistanın Bakıdakı Səfirliyi ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edib
18:55 SosialHindistanın Bakıdakı Səfirliyi Hindistanın məşhur "Meyvələrin Şahı" adlanan orijinal dadını Azərbaycan ictimaiyyətinə təqdim edib. Festival böyük maraqla qarşılanıb və tədbirdə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səfirləri, diplomatik korpusun üzvləri, dövlət qurumlarının və digər təşkilatların tanınmış nümayəndələri, iş adamları, media nümayəndələri, sosial media influenserləri, Hindistan diasporunun üzvləri, eləcə də çoxsaylı Azərbaycan vətəndaşları iştirak ediblər. Tədbir boyu səfirliyə gələn çoxsaylı qonaqlar Hindistanın yüksək keyfiyyətli müxtəlif manqo növlərinin dadına baxmaq imkanı əldə ediblər. Onlara dünya şöhrətli "Alphonso", "Badami", "Kesar" və digər məşhur Hindistan manqoları təqdim olunub.
Qonaqları salamlayan Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar çıxışında qeyd edib ki, Hindistan dünyanın ən böyük manqo istehsalçısıdır və ölkənin müxtəlif bölgələrində yüzlərlə unikal manqo növü yetişdirilir. Onun sözlərinə görə, hər bir növ Hindistanın zəngin coğrafi və kənd təsərrüfatı müxtəlifliyini əks etdirməklə yanaşı, özünəməxsus dadı, ətri və teksturası ilə seçilir. Səfir həmçinin qeyd edib ki, manqo yalnız zəngin dadı ilə deyil, həm də iki ölkə arasında ticarətdə rol alması, xalqların biri-birinin zəngin kəmd təsərrüfat imkanlarını öyrənməsi baxımından da diqqət çəkir.


