İyul ayı üzrə pensiyalar bu tarixdə veriləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Milli.Az-ın özəl əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyul ayının 14-də veriləcək.

Bölgələr üzrə pensiyaların dəqiq hansı tarixdə veriləcəyi ilə bağlı isə hələki dəqiq məlumat yoxdur.

Qeyd edək ki, ötən ay Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyunun ayının 12-də ödənilmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31