Küləkli havada dənizə girmək təhlükəlidir - FHN
18:41 SosialFövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31