Ötən ay 2100-dən çox vəkilə peşə hazırlığı və ixtisasartırma təlimləri keçirilib
15:59 SosialCari ilin iyun ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub. Vəkillər Kollegiyasından "Olaylar"a bildirilib ki, iyunun 6-da "Fərdi əmək mübahisələrinin hüquqi tənzimlənməsi" mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Könül Fərəcova fərdi əmək mübahisələrinin yaranma səbəbləri və onların hüquqi əsasları, işçi və işəgötürənin hüquq və vəzifələri, əmək mübahisələrində tərəflərin hüquqi statusu, fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həlli barədə geniş çıxış edib.
Eyni zamanda iyunun 6-da "Cinayət işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar" mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Samir İsayev tərəfindən cinayət işlərində müdafiə taktikasının əsas xüsusiyyətləri, cinayət işinin ilkin təhlili, məhkəmə mərhələsində müdafiə taktikası və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.