Dünyada dövlət satınalmalarında əsas hədəf təkcə korrupsiya ilə mübarizə deyil- ÖZƏL

"Dünyada dövlət satınalmalarının əsas problemi satınalmanın çox vaxt bürokratik prosedur kimi görülməsidir. Halbuki dövlət satınalması yalnız malların alınması deyil, həm də sənaye siyasəti, innovasiya, yaşıl iqtisadiyyat, regional inkişaf və yerli istehsal üçün mühüm bir alətdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Dünyada dövlət satınalmalarında əsas hədəf artıq təkcə korrupsiya ilə mübarizə də deyil. Hədəf daha genişdir: dövlət pulu ilə bazar davranışı arasında düzgün qaydanın, rəqabətin və hesabatlılığın qurulmasını təmin etmək.

Əminəm ki, Azərbaycanda dövlət satınalmalarında aparılan təkmilləşmələr, qanuna ediləcək yeni dəyişikliklər və bu cür data əsaslı təhlillər müsbət nəticələr verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31