Azərbaycan polisi xalqın güvənc yeri və cəmiyyətin sabitliyinin əsas təminatçısıdır- ÖZƏL
10:53 Sosial"Hər birimizin təhlükəsizliyi, dövlətimizin sabitliyi, ictimai asayişin təmin olunması üçün gecə-gündüz xidmət aparan, çətin və məsuliyyətli peşənin daşıyıcısı olan Azərbaycan polis əməkdaşlarını 2 İyul - Polis Günü münasibətilə ürəkdən təbrik edirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Azərbaycan polisinin təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qoyulub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanına əsasən isə 2 iyul tarixi rəsmi olaraq Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Azərbaycan polisi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasətin ayrılmaz tərkib hissəsi kimi güclü, çevik və müasir quruma çevrilib. Möhtərəm Prezidentimiz tərəfindən hüquq-mühafizə orqanlarına göstərilən diqqət və dəstək sayəsində polis sistemində köklü islahatlar aparılıb, peşəkar kadrlar hazırlanıb, maddi-texniki baza möhkəmləndirilib.
108 illik tarixi olan polis orqanları təkcə asayişi qoruyan bir qurum deyil, dövlətçiliyimizin dayağı, xalqın güvənc yeri və cəmiyyətin sabitliyinin əsas təminatçısıdır. Xüsusilə 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə polisin göstərdiyi xidmətlər hər birimizi qürurlandırır. Polis əməkdaşlarımız həm ön cəbhədə, həm də arxa cəbhədə əsl qəhrəmanlıq göstərdilər. Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olan polis əməkdaşlarının əziz xatirəsini ehtiramla yad edir, onların ailə üzvlərinə səbr və güc arzulayıram.
Prezident cənab İlham Əliyevin dediyi kimi: "Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmdir və bu sabitliyin qorunmasında hüquq-mühafizə orqanlarının, o cümlədən polisin əvəzsiz rolu var." Əminliklə deyə bilərik ki, Azərbaycan polisi bundan sonra da öz peşəsinə sadiq qalacaq, dövlətə və xalqa xidmət yolunda əzmlə çalışacaq. Bütün polis əməkdaşlarına möhkəm can sağlığı, güclü iradə və gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Allah sizi qorusun! Xidmətinizlə fəxr edirik!"