Bakının bəzi ərazilərində işıq olmayacaq
06:52 SosialBu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31