Ədliyyə Akademiyasında hüquqi yazı mədəniyyəti mövzusunda təlim keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Hüquqi yazı mədəniyyəti: rəsmi yazışmalarda və hüquqi aktların layihələrinin hazırlanmasında Azərbaycan ədəbi dilinin normaları" mövzusunda təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Gülarə Əmirovanın təqdimatı dinlənilib.

Tədbir çərçivəsində rəsmi yazışmalarda və hüquqi aktların layihələrinin hazırlanması zamanı Azərbaycan ədəbi dilinin normalarının tətbiqi, hüquqi mətnlərin dil və üslub xüsusiyyətləri, eləcə də hüquqi yazı mədəniyyətinin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlərə toxunulub və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimdə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının ümumilikdə 18 əməkdaşı iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31